Modern.az

Rusiya Odessada xəstəxananı vurdu

Rusiya Odessada xəstəxananı vurdu

Dünya

1 İyun 2026, 19:58

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətinin cənubundakı xəstəxanaya zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper "Telegram" səhifəsində bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində xəstəxananın doğum şöbəsi və inzibati binaları zədələnib.

Kiper həmçinin vurğulayıb ki, zərbə endirilərkən şöbədə insanlar olub, lakin xəsarət alan yoxdur. Zərbənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var