Modern.az

Özündən 20 yaş kiçik modellə evlənir - FOTO

Özündən 20 yaş kiçik modellə evlənir - FOTO

Dünya

17 İyun 2026, 11:37

Ermənistan parlamentinin sədri Alen Simonyan və model sevgilisi Anela Qubryan rəsmi nikah üçün müraciət ediblər.

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cütlük, artıq VVAQ-a (Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı-red) ərizə təqdim ediblər.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Alen Simonyan və Anela Qubryan yaxın vaxtlarda ailə həyatı qurmağa hazırlaşırlar. Hələlik toy mərasiminin keçiriləcəyi tarix və məkan barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Simonyan ötən il jurnalist Mariam Marqaryanla boşanıb. Cütlüyün bu nikahdan iki övladı var.

Onu da əlavə edək ki, Alen Simonyanın yeni sevgilisi Anela Qubryan ondan təxminən 20 yaş kiçikdir.

Sizə yeni x var
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu