Modern.az

İndoneziyada güclü zəlzələ - ölən və yaralananlar var

İndoneziyada güclü zəlzələ - ölən və yaralananlar var

Dünya

17 İyun 2026, 13:46

Mərkəzi Sulavesidə (İndoneziya) 6,7 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb, 76 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə "Antara" agentliyi Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Regional Agentliyə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlardan 13 nəfər ciddi, 63 nəfər isə yüngül xəsarət alıb.

Bundan əlavə, 841 evin, 2 ofisin və 15 tikilinin, həmçinin 2 kəndi birləşdirən körpünün zədələndiyi bildirilib.

Qeyd edək ki, zəlzələ iyunun 16-da baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi