“Güclü Ermənistan” blokunun nümayəndəsi Aram Vardevanyan iyunun 19-da Ermənistan Milli Məclisinə 7 iyun tarixində keçirilmiş seçkilərin nəticələrinin etibarsız sayılması ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Məlumata görə, blokun sözçüsü, deputatlığa namizəd Marianna Qahramanyan sosial şəbəkə hesabında bildirib ki, alyans Mərkəzi Seçki Komissiyasının 14 iyun 2026-cı il tarixli 258-A saylı “7 iyun 2026-cı il Milli Məclis seçkilərinin nəticələri haqqında” qərarının etibarsız sayılmasını tələb edir. Eyni zamanda seçkilərin nəticələrinin ləğvi və ya ikinci turun keçirilməsi də istənilir.
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası 14 iyunda 7 iyun parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Nəticələrə əsasən, parlamentə üç siyasi qüvvə keçib: “Vətəndaş Müqaviləsi” Partiyası – 726 819 səs (49,7456%), “Güclü Ermənistan” bloku – 340 006 səs (23,2710%) və “Ermənistan” bloku – 144 983 səs (9,9231%).
Yeni formalaşacaq parlamentdə “Vətəndaş Müqaviləsi” Partiyası 64, “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanacaq.