Modern.az

Paşinyan "erməni soyqırımı"nı tanıyan Netanyahuya ETİRAZ ETDİ

Paşinyan "erməni soyqırımı"nı tanıyan Netanyahuya ETİRAZ ETDİ

Dünya

Bu gün, 00:06

Rəsmi İrəvan qondarma "erməni soyqırımı" mövzusunun yenidən gündəmə gətirilməsinin əleyhinədir.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" Partiyasının İdarə Heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Nikol Paşinyan bildirib ki, Ermənistan hökuməti qondarma "erməni soyqırımı" mövzusunun beynəlxalq arenada siyasi vasitə kimi istifadə olunması ilə bağlı müzakirələrə qoşulmaq istəmir.

O deyib ki, rəsmi İrəvan İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanımaq qərarına rəsmi reaksiya vermək niyyətində deyil.

Xatırladaq ki, İsrail hökuməti ötən həftə rəsmi olaraq qondarma "erməni soyqırımı"nın tanınmasının lehinə səs verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada