Modern.az

Venesuelada zəlzələdə ölənlərin sayı 1900-ü keçdi

Venesuelada zəlzələdə ölənlərin sayı 1900-ü keçdi

Dünya

30 İyun 2026, 23:22

İyunun 25-nə keçən gecə Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1900-ü keçib.

Modern.az xəbər verir ki, bu barədə Milli Assambleyasının (parlament) spikeri Xorxe Rodriqes deyib.

Rodriges ölənlərin sayının 1943 olduğunu, daha 10571 nəfərin isə yaralandığını bildirib.

Qeyd edək ki, iyun 25-nə keçən gecə Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 ilə 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi