Modern.az

ABŞ İrana dəniz blokadasını tam aradan qaldırıb

ABŞ İrana dəniz blokadasını tam aradan qaldırıb

Dünya

Bu gün, 10:46

ABŞ İranın dəniz blokadasını tamamilə aradan qaldırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-la dialoqda İranın danışıqlar qrupunun rəhbəri, ölkə parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bəyan edib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirmişdi ki, Amerika qüvvələri prezident Donald Trumpın göstərişi ilə İranın limanları və sahilyanı ərazilərinə tətbiq olunan dəniz blokadasını ləğv ediblər.

“Bəli... siz gördünüz ki, Tramp bu barədə açıqlama verdi, hətta 30 gün də keçməmiş (memorandumda nəzərdə tutulduğu kimi – red.),” – deyə Qalibaf İran televiziyasının efirində ABŞ-ın dəniz blokadasını tamamilə aradan qaldırıb-qaldırmaması ilə bağlı suala cavab verərkən bildirib.

O vurğulayıb ki, hazırda İranın ticarət gəmiləri və neft tankerləri üçün keçid sərbəstdir.

Qalibafın sözlərinə görə, dəniz blokadasının ləğvindən sonra İran 40 milyon bareldən çox neft ixrac etməyə nail olub.

Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə məsafədən memorandum imzalayıblar. Sənədin məqsədi fevralın 28-də başlayan hərbi qarşıdurmanı dayandırmaqdır. Memorandumda həmçinin ABŞ-ın dəniz blokadasını nə vaxt aradan qaldıracağı və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi müddətlər müəyyən edilib.

İyunun 21-də İsveçrənin Bürgenstock şəhərində İran və ABŞ arasında Qətər və Pakistanın vasitəçiliyi ilə texniki danışıqlar keçirilib. Danışıqlarda irəliləyiş əldə olunduğu bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada