Modern.az

İsrail HƏMAS-ın komandirini öldürdü

İsrail HƏMAS-ın komandirini öldürdü

Dünya

1 İyul 2026, 23:32

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına endirilən zərbə nəticəsində HƏMAS hərəkatının silahlı qanadının tağım komandiri Adel Asfurun öldürüldüyünü açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Adel Asfur Qəzza zolağının cənubunda fəaliyyət göstərən HƏMAS-ın hərbi qanadının tağım komandiri olub.

İMQ-nin iddiasına görə, Asfur müharibə dövründə İsrail hərbçilərinə qarşı snayper atəşi və partlayıcı qurğular vasitəsilə hücumlar təşkil edib.

Açıqlamada həmçinin qeyd olunub ki, o, son həftələrdə HƏMAS-ın döyüş qabiliyyətinin bərpası istiqamətində fəaliyyət göstərib və Qəzza zolağında əməliyyat aparan İsrail qüvvələri üçün təhlükə yaradıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada