Modern.az

Puşkinin abidəsi oğurlanıb

Puşkinin abidəsi oğurlanıb

Dünya

2 İyul 2026, 02:17

Almaniyanın qərbində yerləşən Hemer şəhərində rus şairi Aleksandr Puşkinin abidəsi oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"Səfirlik Hemer şəhərində rus şairi Puşkinin abidəsinin oğurlanması ilə bağlı məlumatdan narahatdır", - açıqlamada bildirilib.

Qeyd olunub ki, söhbət rus heykəltəraşı Qriqori Pototskinin müəllifi olduğu, təxminən 1,8 metr hündürlüyündə bürünc heykəldən gedir.

Səfirlik cinayəti törədən şəxsin qısa müddətdə saxlanılacağına və abidənin əvvəlki yerinə qaytarılacağına ümid etdiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama