Modern.az

Paşinyan polkovnik Gözəlyanı vəzifədən çıxardı

Paşinyan polkovnik Gözəlyanı vəzifədən çıxardı

Dünya

Bu gün, 00:45

Ermənistan Prezidenti Vahan Xaçaturyan Armen Gözəlyanı Xüsusi Təyinatlı Ordu Korpusunun komandiri vəzifəsindən azad edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Prezident bu addımı Baş naziri Nikol Paşinyanın təklifi əsasında atıb.

"Baş nazirin təklifi əsasında, Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də "Hərbi xidmət və hərbçilərin statusu haqqında" Qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Armen Gözəlyan Xüsusi Təyinatlı Ordu Korpusunun komandiri vəzifəsindən azad edilir", - deyə fərmanda bildirilib.

Polkovnik Armen Gözəlyan daha əvvəllər Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini vəzifələrində çalışıb. O, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Gözəlyan qondarma "Dağlıq Qarabağ ordusu"nda hərbi hissələrdən birinin komandiri olub.

Xüsusi Təyinatlı Ordu Korpusu 2021-ci ilin avqust ayında yaradılıb. Gözəlyan 1 fevral 2023-cü ildə bu korpusun rəhbərliyinə gətirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada