Modern.az

Tramp Çinə xəbərdarlıq etdi: İmkan verməyəcəyik!

Tramp Çinə xəbərdarlıq etdi: İmkan verməyəcəyik!

Dünya

Bu gün, 08:55

ABŞ Prezidenti Donald Trump Şimali Dakotada Prezident Kitabxanasının açılışında çıxışı zamanı Panama kanalından danışıb.

Modern.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Tramp qeyd edib ki, Çin Panama kanalı üzərində nəzarət qurmağa çalışır və əlavə edib ki, ABŞ bunun baş tutmasına imkan verməyəcək.

Tramp daha əvvəl də yenidən prezident seçildikdən sonra dəfələrlə Panama kanalı mövzusuna toxunub, o cümlədən kanal üzərində nəzarətin təmin edilməsi üçün güc tətbiqinin mümkünlüyü barədə açıqlamalar verib.

Çıxışı zamanı o, həmçinin ABŞ-ın İran və Venesueladakı hərbi əməliyyatları mövzularına da toxunaraq onları Panama kanalının tarixi ilə müqayisə edib.

ABŞ prezidenti bundan əvvəl Panama kanalının Çinin təsiri altına düşdüyünü və Vaşinqtonun onun üzərində nəzarəti geri qaytarmalı olduğunu bəyan etmişdi.

Panama isə bu iddianı təkzib edir.

Tikintisi ABŞ tərəfindən 1914-cü ildə başa çatdırılan Panamakanalı 1977-ci ildə Demokratlar Partiyasından olan prezident Cimmi Karter tərəfindən imzalanmış sazişə əsasən, Panamaya qaytarılıb. Panama kanal üzərində tam nəzarəti 1999-cu ildə əldə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada