ABŞ-nin Nyu-York ştatında diqqətçəkən hadisə yaşanıb.
Modern.az xəbər verir ki, "NBC" məlumatına görə, İvan Birkus adı ilə tanınan Kuznetsov Nyu-Yorkda yerləşən "Empire State Building"in antenasına qalxdıqdan sonra saxlanılıb.
Polis 1 iyul günorta saatlarında yerli vaxtla çağırış alıb. Məlumata görə, təxminən 443 metr hündürlükdə yerləşən "Empire State Building"in yuxarı hissəsində iki nəfər müşahidə olunub. Onların qara geyimdə və maskalı olduğu bildirilir. Şəxslər antenaya “Hakimiyyətə sevgidən çox sevginin gücü üstün gəldikdə, dünya sülhü dərk edəcək” yazılı banner asıblar.
Eniş zamanı Kuznetsov Nikolaou adlı şəxslə birlikdə polis əməkdaşları tərəfindən saxlanılıb. Onlara qanunsuz giriş, təhlükə yaratma, əmlaka zərər vurma, xuliqanlıq və sındırma alətləri saxlama daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb.
Qeyd edək ki, "Empire State Building" 443,2 metr hündürlüyə malikdir və rəsmi olaraq 102 mərtəbədən ibarətdir. Binanın 103 və 104-cü mərtəbələri texniki zonalar kimi istifadə olunur.