Modern.az

Simonyan deputat mandatından imtina etdi

Simonyan deputat mandatından imtina etdi

Dünya

Bu gün, 12:58

Ermənistan parlamentinin sədri Alen Simonyan deputat mandatından imtina edəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, jurnalistlərlə görüşü zamanı belə deyib.

“Mandatı götürməyəcəyəm, deputat kimi parlamentə gəlməyəcəyəm. Bir qədər dincəlmək istəyirəm”, – deyə Simonyan bildirib.

"“Parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim. Çünki hesab edirəm ki, bu vəzifəni Ermənistan tarixində ən uzun müddət icra edən və səlahiyyət müddətini tam başa vuran şəxs kimi mənim beşillik fəaliyyətim davam etdirilməli idi. Amma partiya və idarə heyəti var və mən həmişə demişəm ki, qərarı idarə heyəti verməlidir”, -  əlavə edib.

Alen Simonyan “Vətəndaş müqaviləsi” partiyasının yeni parlamentdə spiker vəzifəsində onu deyil, Ruben Rubinyanı görmək istəməsinin onu incitdiyi barədə suala cavab verərkən bildirib:

“Mən idarə heyətinin qərarına tabe oluram və parlamentin sədri kimi fəaliyyətimi davam etdirməyəcəyəm. Bununla bağlı xüsusi bir incikliyim yoxdur. Düşünürəm ki, iş prosesində müəyyən dəyişikliklər olmalıdır. Hesab edirəm ki, hansısa mərhələdə, hansısa mövqedə ölkəmizə və partiyamıza faydalı ola bilərəm. Bu məsələni baş nazirlə müzakirə etmişəm, həmçinin idarə heyəti ilə də danışmışam. Mandatı götürməyəcəyəm və parlamentə deputat kimi gəlməyəcəyəm”.

Simonyan qeyd edib ki, şəxsi həyatı ilə bağlı məsələləri tam şəkildə nizama salmaq niyyətindədir.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada