Modern.az

Fidan: Ərdoğan Putinlə müntəzəm məsləhətləşmələr aparır

Fidan: Ərdoğan Putinlə müntəzəm məsləhətləşmələr aparır

Dünya

Bu gün, 03:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə regional məsələlərlə bağlı müntəzəm məsləhətləşmələr aparır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan CNN-ə müsahibəsində bildirib.

"Bildiyiniz kimi, prezidentimiz daim cənab Putinlə məsləhətləşir. Çünki bizim üçün vacib olan bölgəmizə, Qara dəniz hövzəsində davam edən münaqişəyə baxın. Qafqaz bizim üçün vacibdir, Mərkəzi Asiya və Yaxın Şərq də elədir. Bütün bu bölgələrdə, eləcə də Afrika və Liviyada Türkiyə effektiv xarici və iqtisadi siyasət yürüdür", - deyə o, bildirib.

Fidan əlavə edib ki, Türkiyə rəhbərliyinin Putinin regional və digər xarici siyasi məsələlərlə bağlı baxışlarını şəxsən onun özündən öyrənməsi vacibdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada