Modern.az

Livanda İsrail hərbçiləri minaya düşdü

Livanda İsrail hərbçiləri minaya düşdü

Dünya

3 İyul 2026, 00:41

Bir qrup İsrail hərbçisi Livanın cənubunda, İsrail Müdafiə Qüvvələrinin nəzarət etdiyi Beyt Yahun yaşayış məntəqəsində minaya düşüb.

Modern.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu patrulunun hərəkət etdiyi yolda mina partlayıb. İnsident nəticəsində bir neçə əsgər xəsarət alıb, onlardan bəziləri helikopterlərlə İsrail ərazisindəki hospitala təxliyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım