Modern.az

Türkiyə XİN Dəməşqdə altı nəfərin öldüyü hücumu pisləyib

Türkiyə XİN Dəməşqdə altı nəfərin öldüyü hücumu pisləyib

Dünya

Bu gün, 02:27

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriyanın paytaxtı Dəməşqin Hicaz rayonunda baş verən və insan tələfatına səbəb olan hücumu qətiyyətlə pisləyib.

Modern.az xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda bildirilib.

"Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişi pozmaq məqsədi daşıyan bu cür cəhdlərə və ictimai asayişi sarsıtmağa yönəlmiş dairələrə ən yaxşı cavabın birlik və həmrəyliyini qoruyan Suriya xalqın tərəfindən veriləcəyinə inanırıq", – bəyanatda qeyd edilib.

Son məlumatlara görə, Dəməşqdə baş verən hücumda altı nəfər ölüb, 22 nəfər yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada