Venesuelada baş verən zəlzələlər nəticəsində həlak olanların sayı 2 min 595 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə cümə günü ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodriges yerli KİV-ə bildirib.
“Bu günə olan məlumata görə, həlak olanların sayı 2 min 595 nəfərdir”, – deyə o, mətbuat konfransında deyib.
Rodriges itkin düşənlərin sayı ilə bağlı dəqiq məlumat verməyib. KİV-in yaydığı qeyri-rəsmi məlumatlara görə, itkin düşənlərin sayı təxminən 38 min 500 nəfərə çatır.
Venesuela prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rodriges hökumətin iki zəlzələnin yaratdığı dağıntılara gec reaksiya verməsi ilə bağlı iddiaları da təkzib edib.
“Bu, miqyasını təsəvvür belə edə bilmədiyimiz təbii faciə idi. Baxmayaraq ki, ölkəmizdə seysmik hadisənin baş verə biləcəyini bilirdik”, – deyə Rodriges vurğulayıb.
O əlavə edib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
“Biz hələ də sağ qalan insanları tapa bilərik”, – deyə o qeyd edib.