Modern.az

Kimlər Tehrana gedir, kimlər dəvət almayıb?

Kimlər Tehrana gedir, kimlər dəvət almayıb?

Dünya

Bu gün, 10:50

Xarici nümayəndə heyətləri bu gün Tehranda toplaşır.

Modern.az xatırladır ki, fevralın 28-də öldürülən İranın Ali Lideri Əli Xamenei ilə vida mərasimi üçün beynəlxalq mərasim keçiriləcək.

Xameneinin dəfn mərasimi iyulun 4-dən 8-dək İran və İraqın ən müqəddəs şiə ziyarətgahlarının yerləşdiyi bir neçə şəhərində keçiriləcək və dəfn mərasimi iyulun 9-da onun doğulduğu Məşhəddə baş tutacaq.

İranın daxili işlər nazirinin müavini və dəfn mərasiminin rəhbəri Əli Əkbər Purcəmşidian bu gün Tehranda xarici liderlərin, rəsmilərin və ruhanilərin iştirakı ilə mərasimin başlayacağını açıqlayıb. Mərasim İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin adını daşıyan Mosallah məscidində keçiriləcək. Məscid dövlət matəm mərasimlərinin keçirildiyi məsciddir .

Tehran iddia edir ki, 30-dan çox ölkədən nümayəndə heyəti və 90-dan çox din xadimi tədbirdə iştirak etmək istəyini bildirib.

Azərbaycan vida mərasimində Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının rəhbəri Cabbar Musayev və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti ilə təmsil olunacaq.

İraq prezidenti Nizar Amidi və Baş nazir Əli əl-Zeydi dəfn mərasimlərində iştirak edəcəklər. İraqda həmçinin matəm tədbirləri keçiriləcək. Xameneinin cənazəsi bir günlük, yəni 8 iyun tarixində İraqın Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq.

Gürcüstan prezidenti Mixeil Kavelaşvili, Tacikistan prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan da İranda keçiriləcək mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər . "Bəli, sabah gedib sabah qayıdacağam. Təbii ki, İran rəhbərliyi ilə təmaslar planlaşdırılır", - deyə Paşinyan özü bir gün əvvəl bildirib.

Tehran və Vaşinqton arasında əsas vasitəçi kimi xidmət etmiş Pakistandan Baş nazir Şahbaz Şərif Tehrana gedir.

Fox News-un məlumatına görə, İran prezidenti Məsud Pezekşian şəxsən Hindistanın Baş naziri Narendra Modini dəvət edib, lakin Yeni Dehli "aşağı səviyyəli nümayəndə heyəti göndərəcək". İran mediasının məlumatına görə, heyətə xarici işlər nazirinin müavini Pabitra Marqerita və Bihar qubernatoru Səyid Ata Həsnain daxil olacaq.

Çini Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini (ÇXR Parlamentinin vitse-spikeri) He Vey təmsil edəcək.

Tehranda Qətər, Livan, Suriya, Venesuela, Belarus və Şimali Koreyadan nümayəndə heyətlərinin, eləcə də HƏMAS, Hizbullah, Yəmən husiləri və İraq şiə qruplaşmalarının nümayəndələrinin iştirakı gözlənilir .

Rusiyanı Tehranda keçiriləcək mərasimdə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev təmsil edəcək və bunu onun katibliyi və Kreml rəsmi olaraq təsdiqləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehrana qarşı hərbi əməliyyatı dəstəkləyən ölkələrin dəfn mərasiminə dəvət olunmadığını açıqlayıb.

O, Avropa Birliyi liderlərinin Xameneinin ölümünə səbəb olan hücumu pisləmədikləri üçün tədbirdə iştirak etmək "şərəfinə nail olmayacaqlarını" söylədi. Birləşmiş Krallıq, Kanada və Avstraliya da dəvət olunmadı.

Bu arada, İranın yüksək vəzifəli hərbi rəsmisi, İran polis qüvvələrinin Mərkəzi Qərargahının komandiri general-mayor Əli Əbdollahi amerikalıları və israilliləri dəfn mərasimlərinə hücum etməmək barədə xəbərdar edərək, "İran millətinin oğullarından sərt cavablar" ilə hədələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada