Modern.az

Xamenei ilə vida mərasimləri məhdudlaşdırılır

Xamenei ilə vida mərasimləri məhdudlaşdırılır

Dünya

Bu gün, 04:57

İraq hakimiyyəti İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimləri ilə bağlı ölkədə keçiriləcək anım tədbirlərini məhdudlaşdırmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə "Shafaq News" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vida mərasimləri iyulun 8-də yalnız şiələr üçün müqəddəs sayılan Ən-Nəcəf və Kərbəla əyalətlərində təşkil olunacaq.

Bildirilir ki, İraq hökuməti Tehranın təzyiqlərinə baxmayaraq, paytaxt Bağdadda kütləvi yürüş və digər anım tədbirlərinin keçirilməsindən imtina edib.

Portalın iddiasına görə, bu addım yeni İraq hökumətinin, xüsusilə baş nazir Əli əz-Zeydinin Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində, daha balanslı xarici siyasət kursu yürütmək niyyətini nümayiş etdirmək məqsədi daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV