Modern.az

NASA: Çin Aya ABŞ-dən əvvəl insan göndərə bilər

NASA: Çin Aya ABŞ-dən əvvəl insan göndərə bilər

Dünya

6 İyul 2026, 03:02

NASA rəhbəri Çinin insanı Aya ABŞ-dən daha tez endirə biləcəyini, lakin Vaşinqtonun uzunmüddətli Ay proqramı həyata keçirməyi planlaşdırdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəhbəri Cared Ayzekman CBS telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Çinin taykonavtları Aya enəcək və buna şübhə yoxdur.

"Əsas sual ABŞ-nin onlardan əvvəl Aya qayıdıb-qayıtmayacağı və bunu bu dəfə fərqli şəkildə həyata keçirə biləcəyidir. Biz Ayda baza qurmaq və orada uzunmüddətli mövcudluq yaratmaq istəyirik. Düşünürəm ki, buna nail olacağıq", - deyə Ayzekman bildirib.

NASA rəhbəri əlavə edib ki, hazırda kosmos uğrunda yarış davam edir və Çin bu istiqamətdə çox sürətlə irəliləyir.

Qeyd edək ki, NASA 2032-ci ilədək Ayda yaşayış stansiyası qurmağı planlaşdırır. Agentlik bu missiyalar çərçivəsində gələcəkdə Marsa pilotlu uçuş üçün zəruri texnologiyaları sınaqdan keçirməyi nəzərdə tutur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?