Rusiya qüvvələri bu gün Ukrayna paytaxtı Kiyevə və Kiyev vilayətinə raket zərbələri endiriblər.
Modern.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib. Onun sözlərinə görə, hücum nəticəsində çoxli həlak olan və yaralananlar var.
Düşmən hücumunun nəticələri vilayətin Buça, Vışqorod və Brovarı rayonları ərazilərində qeydə alınıb.
Şəxsi evlərə, müəssisələrə və digər mülki infrastruktur obyektlərinə ziyan dəyib.
Bu arada, Kiyev vilayətinin Vişneve şəhər şurası sakinləri və yerli müəssisələri iş yerlərinə getməməyə və küçələrdə olmamağa çağırıb.
Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin sözlərinə görə, polis və xilasedicilər təxliyə işləri aparırlar.
Kiyev meri Vitali Kliçko 11 nəfərin öldüyünü, 46 nəfərin yaralandığını bildirib. Tibb işçiləri 27 nəfəri, o cümlədən 3 uşağı xəstəxanaya yerləşdiriblər.
Paytaxtın müxtəlif rayonlarında bir neçə çoxmərtəbəli bina qismən dağılıb; xilasedicilərin sözlərinə görə, hələ də dağıntılar altında qalan insanlar var.