Bu həftə Rusiya Dövlət Duması miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri paketinin müzakirəsini davam etdirəcək.
Modern.az xəbər verir ki, spiker Vyaçeslav Volodin bildirib ki, yeni dəyişikliklərə əsasən, ölkədən deportasiya ilə nəticələnə biləcək inzibati pozuntuların siyahısı genişləndiriləcək.
Hazırda belə pozuntuların sayı 22-dir. Dəyişikliklər qəbul olunarsa, bu rəqəm 45-ə çata bilər. Yeni əsaslar sırasında cins, irq, milliyyət və dinə görə ayrı-seçkilik, həmçinin dövlət sərhədinin mühafizəsi zamanı hərbçilərin qanuni tələblərinə tabe olmamaq da yer alır.
Volodin bildirib ki, məqsəd ictimai təhlükəsizliyi gücləndirmək və miqrasiya sahəsində nizam-intizamı artırmaqdır.
Deputatlar həmçinin əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı qanun layihələrini də qəbul etməyi planlaşdırırlar.