Modern.az

Tramp yenə Meloniyə sataşdı

Tramp yenə Meloniyə sataşdı

Dünya

Bu gün, 14:12

ABŞ Prezidenti Donald Trump özünün Truth Social platformasında İtaliyanın baş naziri Giorgia Meloni ilə birlikdə çəkildiyi bir fotoşəkili paylaşıb.

Modern.az xəbər verir ki, Tramp paylaşımına “Burada yaxınlaşma qadağası haqqında məhkəmə qərarı lazımdır” qeydi əlavə edib.

Şəkildə Meloni ABŞ liderinə baxır. Paylaşımın altında isə “Burada yaxınlaşma qadağası haqqında məhkəmə qərarı lazımdır” ifadəsi yer alıb. ABŞ-da belə məhkəmə qərarı adətən təqib və ya narahatetmə hallarından qorunmaq məqsədilə verilir və bir şəxsin digərinə yaxınlaşmasını qadağan edir.

Bu, Trampın Meloniyə ünvanladığı ilk ictimai sataşma deyil. Tramp iyun ayında bəyan etmişdi ki, İtaliyanın baş naziri G7 sammiti zamanı onunla birgə şəkil çəkdirmək üçün guya “yalvarıb”. Meloni isə bu iddianı rədd edərək, onu “tamamilə uydurma” adlandırmış və vurğulamışdı ki, nə o, nə də İtaliya heç kimə yalvarmır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV