Modern.az

Paşinyan məhkəməyə verildi - SƏBƏB

Paşinyan məhkəməyə verildi - SƏBƏB

Dünya

Bu gün, 12:14

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Datalex məhkəmə informasiya sistemində məlumat yerləşdirilib.

İddiaya əsasən, arxiyepiskop Paşinyanın iyunun 11-də səsləndirdiyi bəyanatın ictimai şəkildə təkzib edilməsini tələb edir.

Söhbət baş nazirin hakim "Vətəndaş Müqaviləsi" Partiyasının səslərinin "100 faiz üzvi (təbii) səslər" olduğunu, digər siyasi qüvvələrin isə səsləri seçicilərə rüşvət verməklə topladığını deməsindən gedir.

Baqrat Qalstanyan hesab edir ki, bu bəyanat başqa siyasi qüvvəyə səs vermiş seçici kimi onun şərəf və ləyaqətinə toxunur və böhtan xarakteri daşıyır.

Arxiyepiskop həmçinin məhkəmədən dövlət rüsumunun Paşinyandan tutulmasını, eləcə də mənəvi ziyana görə 49,7 dram məbləğində kompensasiyanın ödənilməsini tələb edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV