Modern.az

Makronun qaldığı otelin yanında partlayış: 18 nəfər yaralanıb - YENİLƏNİB

Makronun qaldığı otelin yanında partlayış: 18 nəfər yaralanıb - YENİLƏNİB

Dünya

Bu gün, 13:21

Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında partlayış baş verib.

Modern.az xəbər verir ki, "Əl-Watan" qəzetinin verdiyi məlumata görə, Suriya paytaxtında iki partlayış baş verib.

Hadisə Ərəb Respublikasının Turizm Nazirliyinin binasının yaxınlığında və Fransa prezidenti Emmanuel Makronun Dəməşqə səfəri zamanı qaldığı otelin yaxınlığında baş verib.

Suriya Daxili İşlər Nazirliyi partlayışlar nəticəsində ən azı 18 nəfərin yaralandığını bildirib.

***
Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Makron bir gün əvvəl rəsmi səfər çərçivəsində Suriyanın paytaxtına gəlib.

Agentliyin həmsöhbəti bildirib ki, hadisə zamanı əldəqayırma partlayıcı qurğular işə düşüb. Bundan sonra yollar bağlanıb, aidiyyəti qurumlar təhlükəsizlik tədbirləri görüb.

Hadisə şahidi isə bildirib ki, otelin ətrafında partlayış səsləri eşidib və havaya qalxan tüstünü görüb.

AFP-nin məlumatına görə, partlayışlardan ən azı biri Emmanuel Makronun Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə danışıqları zamanı baş verib.

Yelisey sarayının mətbuat xidmətindən bildirilib ki, Makron suriyalı həmkarı ilə görüşə gedərkən belə bir səs eşitməyib.

Emmanuel Makron Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyaya səfər edən ilk dövlət başçısı olub. O,  Əhməd əş-Şaraa ilə danışıqlar aparmağı və Suriyanın bərpası məsələsini müzakirə etməyi planlaşdırır.

Makronu Fransa şirkətlərinin rəhbərləri müşayiət edir. Onların arasında enerji şirkəti TotalEnergies və gəmiçilik-nəqliyyat şirkəti CMA CGM də yer alır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV