Modern.az

Rusiya Təhlükəsi: Latviya mühafizəni gücləndirdi

Rusiya Təhlükəsi: Latviya mühafizəni gücləndirdi

Dünya

Bu gün, 11:00

Latviya Rusiyadan mümkün təhdidlər fonunda ölkənin ən iri yeraltı qaz anbarı və Riqa yaxınlığındakı su elektrik stansiyası da daxil olmaqla strateji enerji obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Modern.az xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs Reuters agentliyinə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, əlavə mühafizə tədbirləri enerji infrastrukturunun əsas elementlərini, o cümlədən qaz anbarlarını, enerji şirkətlərini və hidroenerji obyektlərini əhatə edir. O qeyd edib ki, qərar kəşfiyyat məlumatları əsasında qəbul olunub.

Kulberqs bildirib ki, rəsmi Riqa NATO-dan ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini və müttəfiq qüvvələrin sayının artırılmasını istəyib. O, həmçinin Latviya və Ukraynanın birgə hazırladığı antidron sisteminin Alyansın müdafiə strukturuna daha sürətli inteqrasiya olunmasının vacibliyini vurğulayıb.

Baş nazir qeyd edib ki, Ukraynada davam edən müharibə fonunda Rusiyadan gələn hibrid təhdidlərin riski artıb. O, eyni zamanda Rusiyaya qarşı Avropa İttifaqının yeni sanksiyalar paketinin qəbulunu əngəlləyən üzv dövlətləri tənqid edərək, belə addımların Moskvanın hərbi fəaliyyətinin davam etməsinə şərait yaratdığını bildirib.

Kreml isə Rusiyanın regionun infrastrukturuna qarşı mümkün təxribatlar hazırladığı barədə iddiaları rədd edir və bu cür bəyanatları əsassız hesab edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Trampın bütün hotelləri vurulacaq! - İrandan şok xəbərdarlıq