Modern.az

Tramp: ABŞ-İran danışıqlarının nəticəsi 48 saata bəlli olacaq

Tramp: ABŞ-İran danışıqlarının nəticəsi 48 saata bəlli olacaq

Dünya

5 Avqust 2026, 11:02

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsinin yaxın 48 saat ərzində məlum olacağını bildirib.

Modern.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında ABŞ-la İran arasında danışıqların taleyinə qısa müddətdə aydınlıq gələcəyini deyib.

"Biz bunu 48 saat ərzində biləcəyik", – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp qeyd edib ki, əgər İran yenidən əvvəlki mövqeyindən geri çəkilərsə, bunun ciddi nəticələri olacaq.

"Onlar buna görə ağır bədəl ödəyəcəklər. Bunu bilirlər və başa düşürlər", – deyə o əlavə edib.

ABŞ prezidenti həmçinin Hörmüz boğazındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, boğaz artıq qismən açıqdır və ABŞ bu strateji su yoluna tam nəzarət edir.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı