Modern.az

Aİ Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro ayırdı

Aİ Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro ayırdı

Dünya

5 Avqust 2026, 16:54

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsait hesabına Ukraynaya növbəti maliyyə yardımını ayırdığını açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

"Biz Ukraynaya bu aktivlərdən daha 1,4 milyard avro ayırırıq", – deyə fon der Lyayen bildirib.

O, Rusiyanın Ukraynaya qarşı son hücumlarına da toxunaraq, Moskvanın vurduğu ziyana görə cavab verməli olduğunu vurğulayıb.

Avropa Komissiyasının avqustun 5-də yaydığı məlumatda bildirilib ki, ayrılan 1,4 milyard avro dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı