İsrail hərbçiləri Livanın cənubundakı Deyr əz-Zəhrani bölgəsinə endirilən zərbə nəticəsində İrana bağlı “Hizbullah” hərəkatının “Bədr” bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Əlaanın öldürüldüyünü açıqlayıb.
Modern.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, zərbə “Hizbullah”ın İsrail Müdafiə Ordusunun hərbçilərinə qarşı “təhlükəsizlik zonasında” həyata keçirdiyi fəaliyyətlərə cavab olaraq endirilib.
Bəyanatda qeyd olunub ki, Əla son illərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı əməliyyatlarda iştirak edən “Hizbullah”ın bir neçə döyüş bölməsinə rəhbərlik edib.