Modern.az

Rusiya Ukraynanın hərbi-sənaye obyektlərinə vurdu 

Rusiya Ukraynanın hərbi-sənaye obyektlərinə vurdu 

Dünya

16 Avqust 2026, 12:18

Rusiya Silahlı Qüvvələri Kremençuk neft emalı zavodunu vurub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Kiyevdə “Flaminqo” qanadlı raketləri üçün komponentlər, döyüş hissələri və bərk yanacaqlı sürətləndiricilər istehsal edən müəssisəyə zərbə endirilib.

Həmçinin Kiyevdə “Xruş” adlı ələ keçirici aparatların və “Harpia” zenit dronlarının komponentlərini istehsal edən “Kiyev-111” müəssisəsi də hədəfə alınıb.

Odessa limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklər daşıyan quru yük gəmisinin vurulduğu bildirilib. Bundan əlavə, Krivoy Roqda silah və hərbi texnikanın istehsalında istifadə olunan polad prokat istehsal edən metallurgiya kombinatına zərbə endirildiyi açıqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?