Kiyev Rusiyanın dərinliklərində zərbələr endirmək üçün Britaniya istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "The Times" yazıb.
Nəşrin məlumatına görə, hücumlarda BAE Systems şirkətinin istehsalı olan Nyan reaktiv dronundan istifadə edilir. Bu pilotsuz aparat daha əvvəl Britaniya Kral Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilib.
Bundan başqa, istehsalçısı açıqlanmayan daha bir növ drondan da istifadə edildiyi bildirilir.
Məqalədə qeyd olunur ki, Britaniya istehsalı dronların hədəfləri arasında Moskva yaxınlığındakı, Yaroslavl və Volqoqraddakı neft emalı zavodları da var.