Modern.az

Baş katib Ermənistanı qərar verməyə ÇAĞIRDI 

Baş katib Ermənistanı qərar verməyə ÇAĞIRDI 

Dünya

16 Avqust 2026, 15:05

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın gələcək iştirak perspektivləri ilə bağlı qərar tez bir zamanda qəbul edilməlidir".

Modern.az xəbər verir ki, bunu təşkilatın baş katibi Talatbek Masadıkov bildirib.

Qeyd edilib ki, daha əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın təşkilatın qurumlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərarın konsensus tələb edəcəyini bildirib.

Onun sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət başçıları bu məsələni müzakirə edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?