Modern.az

Çexiya istilərlə mübarizəyə 4 milyard ayıracaq

Çexiya istilərlə mübarizəyə 4 milyard ayıracaq

Dünya

17 Avqust 2026, 03:36

Çexiyada avqustun 16-sı üzrə temperatur rekordu qeydə alınıb.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, ən isti gün ölkənin şərq hissəsində – Moraviya və Sileziyada müşahidə olunub. Qodonin şəhəri yaxınlığında termometrin göstəricisi 37,6 dərəcəyə yüksəlib.

Meteoroloqların məlumatına görə, builki yay ölkədə hava müşahidələrinin aparıldığı bütün dövr ərzində ən isti yaylardan biri olacaq.

Bununla yanaşı, hakimiyyət quraqlığın güclənməsindən ciddi narahatlıq ifadə edir. Quraqlıq ölkə ərazisinin 88 faizini əhatə edib. Hökumət bu fəlakətlə mübarizə üçün yaxın vaxtlarda 4 milyard kron (təxminən 190 milyon dollar) vəsait ayıracaq.

Sizə yeni x var
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...