Modern.az

Rusiyaya hücum: 6 nəfər öldürüldü

Rusiyaya hücum: 6 nəfər öldürüldü

Dünya

17 Avqust 2026, 09:09

Rusiya ərazisinə raket hücumu nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, hadisə Belqorod vilayətinin Koloskovo kəndində baş verib.

Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib. Onun sözlərinə görə, raket zərbəsi nəticəsində 6 nəfər həyatını itirib, daha 4 nəfər yaralanıb.

Yaralananlar arasında 14 yaşlı uşağın da olduğu bildirilib.

Hadisənin digər detalları və hücumun kim tərəfindən həyata keçirildiyi barədə əlavə məlumat açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım