ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişini alqışlayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Mən Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yaxın zamanda nəhayət Məkkə Birgə Müdafiə Sazişini imzaladığını görməkdən çox məmnunam”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, bu razılaşma Yaxın Şərq ölkələrinin daha sıx əməkdaşlıq etdiyini və özlərini daha effektiv şəkildə müdafiə edə biləcəklərini göstərir.
“Bu, Yaxın Şərqin necə birləşdiyini və ölkələrin nəhayət özlərini daha effektiv şəkildə müdafiə edə biləcəklərini göstərir. Adları çəkilən üç ölkənin böyük rəhbərliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və mühüm ilk addımdır!” – deyə Tramp vurğulayıb.