Modern.az

Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı

Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı

Dünya

18 Avqust 2026, 15:08

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının neft sanksiyaları aradan qaldırılmayana qədər açılmayacağını bildirib.

Modern.az xəbər verir ki, Qalibafın sözlərinə görə, neft sanksiyaları ləğv edilməli, dondurulmuş aktivlər blokdan çıxarılmalı, ABŞ-ın blokadası aradan qaldırılmalı, bütün cəbhələrdə təhdidlər və hərbi əməliyyatlar dayandırılmalıdır.

O vurğulayıb ki, bu şərtlər tam şəkildə yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq.

Qalibaf həmçinin İranla Pakistan arasında imzalanmış anlaşma memorandumunda əks olunan bütün şərtlərin tam icra edilməsinin vacibliyini qeyd edib.

İran parlamentinin spikeri xəbərdarlıq edib ki, ölkəsi “düşmənə daha ağır məğlubiyyət yaşatmağa” hazırdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər