Modern.az

Rusiya Xarkovu vurdu: 10 nəfər öldü

Rusiya Xarkovu vurdu: 10 nəfər öldü

Dünya

18 Avqust 2026, 15:36

Ukraynanın Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirilib. Hücum nəticəsində 10 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri avqustun 18-də səhər saatlarında Peçeneqi qəsəbəsinə raket zərbəsi endirib.

Raket zərbəsi nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobilə ziyan dəyib.

Hadisə yerində təcili tibbi yardım və digər fövqəladə xidmətlərin əməkdaşları çalışır.

 

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər