Modern.az

İran parlamentinin sədri İraqa getdi

İran parlamentinin sədri İraqa getdi

Dünya

Bu gün, 10:19

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf regiondakı son prosesləri müzakirə etmək, Tehran-Bağdad strateji əməkdaşlığını gücləndirmək və Qərbi Asiyada sabitliklə təhlükəsizliyə töhfə verəcək ortaq həll yollarını nəzərdən keçirmək üçün yüksək səviyyəli parlament nümayəndə heyətinin rəhbəri kimi Bağdada yola düşüb.

Modern.az xəbər verir ki, Qalibaf çərşənbə günü səhər Tehrandan İraqın paytaxtı Bağdada hərəkət edib.

Səfər çərçivəsində İran parlamentinin sədrinin İraqın yüksək vəzifəli rəsmiləri və tanınmış şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və əldə olunan birgə razılaşmaların icrası məsələləri müzakirə olunacaq.

Səfərin əsas məqsədlərindən biri də Tehran və Bağdad arasında strateji əməkdaşlığın gücləndirilməsi, eləcə də Qərbi Asiyada sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş ortaq həll yollarının müzakirəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hücumlar artır - Bakını hansı TƏHLÜKƏLƏR gözləyir?