Modern.az

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Dünya

Bu gün, 16:27

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının növbəti iclasını keçirib.

Modern.az xəbər verir ki, Ermənistan hökumətinin yaydığı məlumata görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Prezident Vahann Xaçaturyan və parlamentin spikeri Ruben Rubinyan da iştirak ediblər.

Bildirilib ki, iclasda Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid məsələlər müzakirə olunub.

Ermənistan Təhlükəsizlik Şurasının əvvəlki iclası aprelin 30-da İrəvanda keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?