Modern.az

Tramp ağcaqanadlarla bağlı qərar verdi

Tramp ağcaqanadlarla bağlı qərar verdi

Dünya

Bu gün, 09:58

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda bəzi ağcaqanad növlərinin populyasiyasının 2028-ci ilə qədər 90 faiz azaldılmasını tapşırıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ağ Evin saytında dərc olunan sərəncamında bildirilir.

Sərəncama əsasən, daxili işlər, kənd təsərrüfatı nazirləri və Ətraf Mühitin Mühafizəsi Agentliyinin administratoru sənədin imzalandığı tarixdən etibarən 60 gün ərzində Vaşinqtonda müvafiq strategiya hazırlamalı və həyata keçirməlidirlər.

Strategiyanın əsas məqsədi 2028-ci ilə qədər Asiya pələng ağcaqanadlarının, sarı qızdırma ağcaqanadlarının və digər invaziv növlərin sayını 90 faiz azaltmaqdır.

Bundan əlavə, Tramp ABŞ paytaxtında gənələrin populyasiyasının 50 faiz azaldılmasını tapşırıb.

Sərəncamda qeyd olunur ki, proqram çərçivəsində kimyəvi olmayan mübarizə üsullarından, o cümlədən biotexnologiyalardan istifadə nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...