Modern.az

Ermənistanın 2027-ci il dövlət büdcəsi: Gəlirlər və xərclər açıqlanıb

Ermənistanın 2027-ci il dövlət büdcəsi: Gəlirlər və xərclər açıqlanıb

Dünya

Bu gün, 12:38

Ermənistan hökuməti “2027-ci il üçün Ermənistan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib.

Modern.az xəbər verir ki, hökumətin qanunvericilik təşəbbüsü parlamentin müzakirəsinə təqdim olunacaq.

Layihəyə əsasən, 2027-ci ildə Ermənistan dövlət büdcəsinin gəlirləri 3 trilyon 603,8 milyard dram, xərcləri isə 4 trilyon 72 milyard dram təşkil edəcək.

Beləliklə, gələn il üçün dövlət büdcəsinin kəsiri 468,2 milyard dram nəzərdə tutulur.

Gəlirlərin təxminən 3 trilyon 462,7 milyard dramının vergi daxilolmaları və dövlət rüsumları hesabına formalaşması planlaşdırılır.

Rəsmi qrantların həcminin təxminən 14,2 milyard dram, digər gəlirlərin isə 126,9 milyard dram olacağı gözlənilir.

Layihəyə əsasən, büdcə kəsirinin təxminən 187,5 milyard dramı daxili, 280,7 milyard dramı isə xarici mənbələr hesabına maliyyələşdiriləcək.

Sizə yeni x var
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım