Modern.az

Şabranda 10-cu sinif şagirdi itkin düşdü

Şabranda 10-cu sinif şagirdi itkin düşdü

Hadisə

19 Aprel 2022, 17:28

Şabran rayonunun Vələsli kənd sakini olan yeniyetmə itkin düşüb. 

 

Modern.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Qasımov Samuray Rafət oğlu aprelin 15-də evdən çıxıb və bir daha geri qayıtmayıb. 

 

Ailə üzvlərinin verdiyi məlumata görə, Samuray 10-cu sinif şagirdidir, onun dərsləri və ailəsi ilə əlaqədar heç bir problemi olmayıb. 

 

Yeniyetmənin ailəsi hadisə barədə polisə müraciət edib. Hazırda axtarışlar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu