Modern.az

Salyanda avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Salyanda avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Hadisə

25 İyul 2024, 09:00

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan VAZ-2115 markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Qəza nəticəsində Salyan şəhər sakinləri - 1998-ci il təvəllüdlü Elnur Elman oğlu Babayev və 2001-ci il təvəllüdlü Əlikram Əli oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!