Modern.az

Azərbaycanlı xanəndə İranda saxlanılıb - YENİLƏNİB

Azərbaycanlı xanəndə İranda saxlanılıb - YENİLƏNİB

Hadisə

16 Yanvar 2026, 11:38

Azərbaycanın tanınmış xanəndəsi İran hava limanında saxlanılıb.

Modern.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

***
Xanəndə "Qafqazinfo"ya bildirib ki, 10 gün öncə İranda, Təbriz şəhərində olub:

“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?