Modern.az

İnternat yataqxanasında yanğın oldu, ana və oğlu tüstüdən zəhərləndi

İnternat yataqxanasında yanğın oldu, ana və oğlu tüstüdən zəhərləndi

Hadisə

22 Avqust 2026, 18:57

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.

Modern.az report.az-a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb.

Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Hüseynov Şahin Maşallah oğlu və anası, 1978-ci il təvəllüdlü Hüseynova Yusifə Nəsib qızı tüstüdən zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?