Modern.az

"Tiktok"da video çəkərkən xəsarət alan yeniyetmənin SON VƏZİYYƏTİ

"Tiktok"da video çəkərkən xəsarət alan yeniyetmənin SON VƏZİYYƏTİ

Hadisə

22 Avqust 2026, 21:19

Xəbər verdiyimiz kimi “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən şəxsi elektrik cərəyanı vurub.

Modern.az xəbər verir ki, TƏBİB xəsarət alan yeniyetmənin son vəziyyəti ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Sifətin, boyunun, hər iki yuxarı ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?