Panama bayrağı altında üzən "Ocean Winner" yük gəmisi Hindistanın Odişa ştatının sahillərindən təxminən 240 dəniz mili məsafədə, Benqal körfəzində batıb.
Modern.az xəbər verir ki, gəmidə 24 nəfər (20 Çin, 3 Myanma və 1 Banqladeş vətəndaşı) olub.
Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Ekipajın iki üzvü artıq iki xilasetmə salından xilas edilib. Digər şəxslərin axtarışı davam etdirilir.
Gəmi Odişadan Sinqapura dəmir filizi daşıyırmış. Batmazdan əvvəl gəmi ilə əlaqə kəsilib. Hadisənin səbəbi hələlik məlum deyil.