Modern.az

“Araz-Naxçıvan”da konqolu futbolçu

“Araz-Naxçıvan”da konqolu futbolçu

İdman

2 Avqust 2023, 16:00

“Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir.

 

Modern.az xəbər verir ki, Premyer Liqa təmsilçisi daha bir futbolçunu transfer edib.

 

Yenidən elitaya qayıdan naxçıvanlılar Maltanın “Hamrun” klubundan Elvis Maşikeni heyətinə qatıb. 29 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Bu gün Bakıya gələn Maşike tibbi müayinənin ardından kollektivə qoşulub.

 

Qeyd edək ki, hücumun mərkəzində də oynamağı bacaran Elvis Maşike karyerası ərzində Çexiya və Slovakiyada “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarının formasını geyinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV