Modern.az

"Napoli" kapitanı ilə müqaviləni uzatdı

İdman

6 Avqust 2023, 15:22

"Napoli" müdafiəçi Covanni Di Lorenzo ilə müqaviləni uzadıb.

 

Modern.az klubun saytına istinadən xəbər verir ki, komandanın 29 yaşlı kapitanı ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalanıb.

 

Qeyd edək ki, italiyalı futbolçu 2019-cu ildən "Napoli"də oynayır. O, ötən mövsüm A Seriyasında 37 matçda 3 qol vurub və 4 qolun ötürməsini verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV