Modern.az

Ronaldo "Qızıl buts" aldı

Ronaldo

İdman

13 Avqust 2023, 16:23

“Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Kubokunun bombardiri kimi “Qızıl buts”u alıb.

 

Modern.az xəbər verir ki, Ərəb Çempionları Klublar Kubokunun finalında “Əl-Nəsr” “Əl-Hilal”ı 2:1 hesabı ilə məğlub edib və turnirin qalibi olub. Bu görüşdə Ronaldo dubla imza atıb.

 

Portuqaliyalı hücumçu ümumilikdə 6 qolla turnirin bombardiri olub. Buna görə də ona "Qızıl buts" verilib.

 

Qeyd edək ki, Ronaldo üçün bu kubok Səudiyyə Ərəbistanına köçdükdən sonra ilk idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV